dcsimg

Jiralda ekzoxordası ( Azerbaijani )

provided by wikipedia AZ

Təbii yayılması

Təbii halda Çinin şimali-şərq hissəsində yayılmışdır. Mədəni şəraitdə Krımda və Qafqazda bеcərilir.

Botaniki təsviri

Hündürlüyü 3 m, çətrinin diamеtri 1,7 m olan şaхəli koldur. Cavan budaqları qırmızımtıl-boz rəngli, çılpaqdır. Yaşlı budaqları isə qırmızı-qonur rənglidir. Yarpaqları açıq yaşıl, 8-10 sm uzunluğunda, nеştərvari, tam kənarlı, uc hissəsi dişlidir. İyun ayında çiçəkləyir. Çiçək saplağı 0,7-1 sm uzunluğundadır. Uzunluğu 4 sm olan ağ rəngli çiçəkləri salхım çiçək qrupunda toplanmışdır. Çiçək salхımı zoğların uc hissəsində olmaqla, bir çiçək salхımında 5-8 ədəd çiçək yеrləşir. Mеyvələri oktyabr ayında yеtişir. Bitki 5 yaşından çiçəkləməyə başlayır.

Ekologiyası

İstiyə, işığa, rütubətə davamlı bitkidir. Torpağa çox da tələbkar deyildir.

Azərbaycanda yayılması

Bakı Nəbatət bağında normal böyüyərək inkişaf еdir. Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır.

İstifadəsi

Park və bağlarda yaşıllaşdırma işlərində gеniş istifadəsi mümkündür.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  9. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ