dcsimg
Image of curve-leaf yucca
Creatures » » Plants » » Dicotyledons » » Asparagus Family »

Curve Leaf Yucca

Yucca gloriosa var. tristis Carrière

Əyilmişyarpaq yukka ( Azerbaijani )

provided by wikipedia AZ

Əyilmişyarpaq yukka (lat. Yucca recurvifolia) — quşqonmazkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni ABŞ-dır. Meksika körfəzində Georgi ştatında və Missuri gölünə qədər təbii halda yayılmışdır.[1]

Botaniki təsviri

Hündürlüyü 2 m-ə qədər olan həmişəyaşıl koldur.[2] Gövdəsi kifayət qədər yumşaq, tünd-yaşıl rənglidir.[3] Təpə hissəsi xətvari yarpaqların sıx topası ilə qurtarır.[4] Qısa, şaxələnmiş gövdəsi 1-1,5 m-ə qədərdir. Cod lifli yarpaqları gövdənin ucunda rozetə yığılmışdır. Yarpaq ayası uzunsov-lansetvari, dərili, boz-yaşıl, uzunluğu 90 sm-ə çatan, sallaq, kənarları dişli və ucu iynəlidir. Yarpaqlarının uzunluğu 40-60 sm-ə və eni 50-60 mm-ə çatır. Rozetlərdə xarici yarpaqlaraşağıya tərəf əyilmişdir. Süpürgə çiçək qrupunun uzunluğu 50-75 sm olub, qollu-budaqlı və çoxçiçəklidir. Çiçəkləri zəngvari, yaşılımtıl-ağ rəngdədir, çiçəkyanlığının xarici tərəfində bənövşəyi ləkələr vardır. Abşeronda 2 dəfə: iyun-iyul aylarında birinci çiçəkləmə, sentyabr-oktyabr aylarında isə ikinci çiçəkləmə müşahidə edilir. Meyvə və toxum verir. Toxumlarla, uc qələmləri və gövdənin hissələrə bölünməsi ilə çoxaldılır.[5][6]

Ekologiyası

Quraqlığa, istiyə, soyuğadavamlı və torpağa tələbkar olmayan bitkidir. Çiləməni çox sevir. Yazda və ya yayda köçürülür.

Azərbaycanda yayılması

Lənkəran zonasında, habelə Abşeronda və Azərbaycanın bir çox rayonlarında mədəni şəraitdə becərilir.[7]

İstifadəsi

Qrup halında və tək-tək əklir.

İstinadlar

  1. "Yucca recurvifolia", World Checklist of Selected Plant Families, The Board of Trustees of the Royal Botanic Gardens, Kew, İstifadə tarixi: 2012-02-27, search for "Yucca recurvifolia"
  2. Yucca recurvifolia at USDA Plants Database Profile
  3. "BSBI List 2007" (xls). Botanical Society of Britain and Ireland. İstifadə tarixi: 2014-10-17.
  4. Yucca recurvifolia at NC State University
  5. Wood, John (2006) [1884]. Hardy Perennials and Old Fashioned Flowers. Project Gutenberg Literary Archive Foundation.
  6. Yucca recurvifolia at University of Arizona
  7. Irish, Gary & Mary (2000). Agaves, Yuccas, and Related Plants.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Əyilmişyarpaq yukka: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Əyilmişyarpaq yukka (lat. Yucca recurvifolia) — quşqonmazkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ