Qafqaz xanımotu - (lat. Atropa caucasica Kreyer.)[1] - Badımcançiçəklilər – (Solanaceae Juss.) fəsiləsi, xanımotu cinsinə aid bitki növü.[2]
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. [3]
Hündürlüyü 1-1,5 (2) m, gövdəsi düz, budaqlanmış, yaşıl, bəzən qırmızımtıl rəngli, çılpaq və ya demək olar ki, yuxarı hissəsi vəzili-tüklü olan çoxillik ot bitkisidir. Kökümsovu qalın, çoxgünbəzlidir, iri şaxələnmiş kökləri vardır.[4]çoxillik ot bitkisidir. Yarpaqları iri, yumurtaşəkilli və ya uzunsov-ellipsvaridir, tamkənarlıdır. Sivri və ya az sivriləşmişdir, qaidə hissəsində qısa saplağa (1-3 sm uzunluqda) daralmışdır,çılpaqdır və yaxud alt tərəfdən damarın üzəri tüklüdür. Hər iki tərəfdən çox az bozumtul nöqtəlidir (oturaq vəziciklər), yuxarı yarpaqlar cüt-cüt düzülmüş və eyni böyüklükdə deyil, uzunluğu 10-20 sm, eni 4-9 sm-dir. Çiçəkləri kifayət qədər iridir, tək-tək,bəzən cüt-cüt düzülmüşdür. Çiçəklər qoltuq çiçəkləri kimi görünən, aşağı əyilmiş çiçək saplağında yerləşmiş və vəzili-tüklərlə örtülüdür. Tacı vəziciklidir, uzunluğu 20-30 mm-dir, bölümləri boruvari-zınqırovşəkilli,dəyirmi və qatlanmış olub, çirkli-qonurtəhərbənövşəyi rəngdə, qaidə hissəsi isə sarımtılqonur rəngdədir. Sütuncuq sapşəkillidir və dişicik ağızcığı ikiyə bölünmüşdür. Giləmeyvə şarvari, qara rəngli, parlaq, çoxtoxumlu, bənövşəyi rəngli, şirəli, 1-1,5 sm dimetrindədir. Toxumları 1,5 mm uzunluğunda, yastılaşmış, qəhvəyi, xırda yuvalıdır. [5]
Çiçəkləmə iyun-avqust, meyvə əmələgətirmə iyul-sentyabr aylarına təsadüf edir. Mezofitdir. Toxumla çoxalır. Meşələrdə, meşə kənarlarında, dağ dərələrində, dağ çaylarının yanında bitir, adi xurma və qanadmeyvə yalanqoz meşəsində Dryopteris filix-mas-Sambucus ebulus-Persicaria hydropiper və Senecio pojarkovae – Epilobium lanceolatum növlərindən təşkil olunmuş assosiasiyalarda rast gəlinir . Zəhərlidir. Dərman bitkisidir.[3][6]
Böyük Qafqazın bütün rayonları (Qəbələ rayonu- Vəndam kəndinin ərazisinda olan şəlalənin ətrafı; Zaqatala rayonu – Matsex - Qəbizdərə kəndlərinin ətrafındakı meşələr, Şəki rayonu – Kiş kəndi), Kiçik Qafqazın şimal və mərkəzi hissələri, Lənkəranın dağlıq hissəsi.[7][8][9]
Populyasiyanın sayı azdır, mənfi təsirlər itmə təhlükəsi yaradır [4]
Antropogen (mal-qara tərəfindən tapdanması, dərman bitkisi kimi yığılması) və abiotik amillərdir (sellər və meşə yanğınlar).[8]
Yayılma yerlərində antropogen təsiri azaltmaq üçün yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi və bərpası, qoxumlarının toxum bankında saxlanılması və yeni yayılma ərazilərinin axtarılması təklif olunur.
Atropa bella-donna ssp. caucasica (Kreyer) V.E. Avet.
Qafqaz xanımotu - (lat. Atropa caucasica Kreyer.) - Badımcançiçəklilər – (Solanaceae Juss.) fəsiləsi, xanımotu cinsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.