dcsimg
Image of Camphorosma monspeliaca subsp. lessingii (Litv.) Aellen
Creatures » » Plants » » Dicotyledons » » Amaranth Family »

Camphorosma monspeliaca subsp. lessingii (Litv.) Aellen

Lessinq kafirotu ( Azerbaijani )

provided by wikipedia AZ

Lessinq kafirotu

Təbii yayılması

Monqolustan,İran və Rusiyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 20-60 sm olan çoxgövdəli yarımkolcudur.Aşağı hissələri odunlaşmışdır.Üzəri xırda ağımtıl tüklüdür.Yarpaqları 2-6 mm uzunluğunda,xətli bizvaridir.Çiçəkləri sünbülvari çiçək qruplarında tək-tək sıx yerləşir.Çiçəkyanlığı dəyirmi ovalşəkillidir.4 oxşar dişcikləri vardır.May-iyul aylarında çiçəkləyir.Çiçəkləri xırda,çox vaxt ikicinsli,çiçəkyanlığı 4 və ya 5 hissəlidir.Erkəkcikləri 4-5-dir.Meyvəsi çılpaq pərdəli meyvəyanlığına malikdir.Oktyabr ayında meyvə verir.Toxumları dəyirmi,bozumtul qara rəngli,xırdadır.Toxumla çoxalır.

Ekologiyası

Şoran və daşlı yamaclarda,duzlu göllərin sahillərində yarımsəhralarda,çöllərdə bitir.

Azərbaycanda yayılması

Böyük Qafqaz,Kür-Araz ovalığı,Kür düzündə və Naxçıvanda,aran və aşağı dağ qurşağında kiçik cəngəlliklər və qruplar əmələ gətirir.

İstifadəsi

Heyvanlar üçün qidalı yemdir.Tərkibində alkoloidlər,efir yağları vardır.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Lessinq kafirotu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Lessinq kafirotu

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ