dcsimg

Xəzər ilişgəni ( Azerbaijani )

provided by wikipedia AZ

Xəzər ilişgəni (lat. Sabanejewia caspia) — İlişgənlər cinsinin nümayəndəsidir.

Yayılması

Aşağı Kürün əlavə su hövzələrində Şilyan, Hacıqabul, Ağçala göllərində, Lənkəran yaxınlığındakı gölməçələrdə, Qumbaşı çayında, Kiçik körfəzi Xəzərlə birləşdirən kanallarda yayılmışdır. Ural, Emba, Ənzəli çaylarının mənsəbində, Pəhləvi körfəzində təsadüf edilir.

Morfoloji əlamətləri

D II-III 6-7,A I-II 5,P I 6-7, V I 5 şüa var, fəqərələrinin sayı 41-42-dir. Bədəni yanları çox basıqdır. Bədəninin hündürlüyü gövdəsinin uzunluğu qədərdir. Böyürlərində tünd zolaq var, xalları yoxdur. Bığcıqları əvvəlki növlərin ikisindən də uzundur. Gözönü tikanın quruluşu qızılı ilişgəndəki kimidir. Quyruq gövdəsinin qıraqları ilə daraqvari dəri qırış uzanır. Quyruq] üzgəcinin əsasında iki tünd,bəzən qara xal olur. Uzunluğu 65 mm-ə çatır.

Yaşayış yeri və həyat tərzi

Şirin sularda yaşayır, durğun və yavaş axan bitkili sahələrə üstünlük verir.

Çoxalması

Uzunlğu 35 mm çatanda cinsi yetkinliyə çatır. Kürüləri hissə hissə yetişir, 3 ölçüdə olur. 36-45 mm-lik balıqlarda 140-dan 510-a qədər, ortalama 323 iri kürü sayılmışdır. Onların maksimal sayı 955 olmuşdur. Kürütökmə apreldə baş verir. Böyüməsi zəif gedir.

Təsərrüfat əhəmiyyəti

Təsərrüfat əhəmiyyəti yoxdur.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 126.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,s.175
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Xəzər ilişgəni: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Xəzər ilişgəni (lat. Sabanejewia caspia) — İlişgənlər cinsinin nümayəndəsidir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ