dcsimg

Külmə ( Azerbaijani )

provided by wikipedia AZ

Külmə (lat. Pseudophoxinus) — Çəkilər fəsiləsinə aid cins. Bu cinsə aid balıq növlərinin böyük əksəriyyəti Aralıq dənizi akvatoriyasında yayılmışdır. Azərbaycan ərazisində bir çox növləri yayılmışdır. Bir necəsi isə endemikdir. Udlaq dişləri bir sırada yerləşir, sayı 6-5 və 5-5 və ya 5-4 olur. Öndəki dişlərin tacı konus şəkildə, arxadakl dişlərin ucu kəsik olur,bəzən dişlərin üzərində qırışıqlar aydın görünür. Pulcuqlar iri və ya orta böyüklükdə olub, sıx yerləşir. Yan xətdə 33-67 pulcuq olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir. Ağzı aypara şəklindədir.Bel üzgəci qarın üzgəclərinin əsasının üstündən başlayır,şüalarının sayı III 7-11 (12) olur. Anal üzgəci bel üzgəcinin əsasının gerisindən başlayır. Periton pərdəsi açıq rəngli, bəzən tünd rəngli olur. Bağırsaq kanalı qısadır.

Növləri

Bu cinsə 28 balıq növü daxil edilmişdir.

Ədəbiyyat

  1. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, səh 95.
  2. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Külmə: Brief Summary ( Azerbaijani )