dcsimg

Dovdaq ( Azerbaijani )

provided by wikipedia AZ


Dovdaq (lat. Otis tarda), Durnakimilər dəstəsindan bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[1]

Dovdaqlar əsasən, Asiyanın çöl və düzənlik ərazilərində yaşayırlar. Dovdaqların erkəyinin çəkisi 18 - 20 kq, hündürlüyü 105 sm-dir. Dişisinin isə çəkisi 6 - 8 kq, hündürlüyü 75 - 80 sm-dir. Erkək dovdaqların qanadlarının ümumi uzunluğu 260 sm-dir.

  • Status. Nadir, qışlayan növdür.
  • Yayılması. Əvvəllər Qızılağac qoruğunda, Acınohur, Muğan və Şirvan çöllərində rast gəlinirdi. Hazırda Kür-Araz ovalığının çöl rayonlarında müşahidə edilir.
  • Yaşayış yeri. Çöllərdə açıq sahələrdə yaşayır.
  • Təbiətdə sayı. Bəzi illərdə tək-tək fərdlərə təsadüf edilir.
  • Çoxalması. XX əsrin 50-ci illərinə qədər çox cüzi miqdarda yuvalayırdı. Hazırda yuvalaması müşahidə edilmir.
  • Rəqibi, düşməni, xəstəliyi. Yumurta qoyulmuş yuvaları mal – qara tapdalayır, balalar tülkü və yırtıcı quşlar tərəfindən məhv edilir.
  • Sayının dəyişilmə səbəbləri. Münasib yaşayış sahələrinin azalması. Qeyri-qanuni ov.
  • Qorunması üçün zəruri tədbirlər. Qorunmasına ciddi əməl edilməsi. Yuva biotoplarını bərpa etmək, sonradan təbiətə buraxılmaqla volyerlərdə çoxaldılma təcrübəsini həyata keçirmək. Xam torpaqları şumlayarkən bu quşların yuvaladığı sahələrə toxunmamaq.

İstinadlar

  1. Azərbaycanda təhlükədə olan quşlar
Bird template.svg Quş ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Dovdaq: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ


Dovdaq (lat. Otis tarda), Durnakimilər dəstəsindan bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

Dovdaqlar əsasən, Asiyanın çöl və düzənlik ərazilərində yaşayırlar. Dovdaqların erkəyinin çəkisi 18 - 20 kq, hündürlüyü 105 sm-dir. Dişisinin isə çəkisi 6 - 8 kq, hündürlüyü 75 - 80 sm-dir. Erkək dovdaqların qanadlarının ümumi uzunluğu 260 sm-dir.

Status. Nadir, qışlayan növdür. Yayılması. Əvvəllər Qızılağac qoruğunda, Acınohur, Muğan və Şirvan çöllərində rast gəlinirdi. Hazırda Kür-Araz ovalığının çöl rayonlarında müşahidə edilir. Yaşayış yeri. Çöllərdə açıq sahələrdə yaşayır. Təbiətdə sayı. Bəzi illərdə tək-tək fərdlərə təsadüf edilir. Çoxalması. XX əsrin 50-ci illərinə qədər çox cüzi miqdarda yuvalayırdı. Hazırda yuvalaması müşahidə edilmir. Rəqibi, düşməni, xəstəliyi. Yumurta qoyulmuş yuvaları mal – qara tapdalayır, balalar tülkü və yırtıcı quşlar tərəfindən məhv edilir. Sayının dəyişilmə səbəbləri. Münasib yaşayış sahələrinin azalması. Qeyri-qanuni ov. Qorunması üçün zəruri tədbirlər. Qorunmasına ciddi əməl edilməsi. Yuva biotoplarını bərpa etmək, sonradan təbiətə buraxılmaqla volyerlərdə çoxaldılma təcrübəsini həyata keçirmək. Xam torpaqları şumlayarkən bu quşların yuvaladığı sahələrə toxunmamaq.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ