dcsimg

Askoqaster qudridentata ( Azerbaijani )

provided by wikipedia AZ

Askoqaster qudridentata (lat. Ascogaster quadridentata) - Buğumayaqlılar tipinin Zarqanadlılar dəstəsinin Brakonidlər fəsiləsinə aid olan növ.

Həyat tərzi

Abşeron bölgəsinin yerli və introduksiya olunmuş bəzək bitkilərinə zərərverən qızılgül yarpaqbükəninin (Archips rosana L.), tumurcuq fırfırasının (Spilonota ocellana F.) və yarpaq fırfırasının (Recurvaria nanella Hb.) başlıca parazitlərindən biridir. Qızılgül yarpaqbükəninin biotənzimlənməsində mühüm rol oynayır. Parazit, ilk dəfə Zəkəriyyə Məmmədov tərəfindən zolaqlımeyvə güvəsinin (Anarsia lineatella Z.) tırtıl mərhələsindən alınmışdır.[1] Abşeronun həyətyanı sahələrində (Maştağa, NovxanıNardaran) aparılan müşahidələrə əsasən askoqaster paraziti birinci yaş sürfə mərhələsində, sahibin tırtıl mərhələsinin bədənində qışlayır. Yazda, (aprel ayının axırı, may ayının əvvəli) qışlamanı keçirən parazit sürfəsi, qışlamadan çıxan tırtılın bədən daxilində onun möhtəviyyatı ilə qidalanır. Sürfə 3 yaş dövrü keçirərək, sahibin axırıncı yaş ölmüş tırtılı üzərində, bəzən də sahibin pupunun kənarında puplaşır. Parazitin pupu ağ rəngdə olmaqla ortasından ağ qurşaq keçir. Pup mərhələsinin inkişafı temperaturdan asılı olaraq (20-220C) 15-16 gün çəkir. Yumurta mərhələsindən yaşlı fərdədək inkişafı 35-40 gün çəkir. Bir ildə iki nəsil verir. Təbii şəraitdən asılı olaraq yaşlı fərd 15-25 gün yaşayır. Bir neçə gün nektarlı bitkilərlə qidalandıqdan sonra nəsilvermə dövrünü davam etdirir. Belə ki, avqust- sentyabr aylarında ikinci nəslin yaşlı fərdləri, qızılgül yarpaqbükəninin tırtılları üzərinə yumurta qoymağa başlayırlar. [2] Parazitin yumurtalarından çıxan sürfə mərhələsi, sahibin yumurtadan çıxan tırtıl mərhələsi ilə eyni vaxta düşür. Parazitlə yoluxmuş tırtıllar qidalanaraq II və III yaşa çatırlar. Bu vaxt parazit sürfəsi də tırtıl bədənində inkişaf mərhələsini tam başa vurmadan tırtıl ilə birlikdə, ağacın qabığı altda qışlamağa gedirlər. Yazda qışlamadan çıxan yoluxmuş tırtıllar inkişaflarını tam başa vura bilmirlər, tırtılın bədənində olan axırıncı yaş sürfələr pup mərhələsinə keçirirlər. May ayının birinci yarısında puplardan parazitlər çıxmağa başlayırlar. Onların uçuşu sentyabr ayınadək davam edir.

Təsərrüfat əhəmiyyəti

Parazit, yarpaqbükən zərərvericilərini 20-25% məhv edir. Perspektivli növdür. Bu baxımdan zərərvericilərə qarşı inteqrir mübarizədə askoqaster parazitindən istifadə etmək mümkündür [3]

Yayılması

Palearktika, Qafqazın hər bir bölgəsində, Azərbaycanın Zaqatala, Xaçmaz, Quba, Ordubad, Abşeron bölgələrində geniş yayılmışdır. [4]

Ədəbiyyat

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu. Bakı, 2013.
  • Azərbaycan heyvanlar aləmi. II-buğumayaqlılar. Bakı, Elm, 2004, -388s.
  • З.М.Мамедов. К изучению паразитов вредителей плодовых культур в Азербайджане. Мат. IX съезда ВЭО, ч.2, ст.33, 1984, Киев.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. З.М.Мамедов. К изучению паразитов вредителей плодовых культур в Азербайджане. Мат. IX съезда ВЭО, ч.2, ст.33, 1984, Киев.
  2. E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu. Bakı, 2013.
  3. E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu. Bakı, 2013.
  4. E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu. Bakı, 2013.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Askoqaster qudridentata: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Askoqaster qudridentata (lat. Ascogaster quadridentata) - Buğumayaqlılar tipinin Zarqanadlılar dəstəsinin Brakonidlər fəsiləsinə aid olan növ.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ascogaster quadridentata ( Dutch; Flemish )

provided by wikipedia NL

Insecten

Ascogaster quadridentata is een insect dat behoort tot de orde vliesvleugeligen (Hymenoptera) en de familie van de schildwespen (Braconidae). De wetenschappelijke naam van de soort werd voor het eerst geldig gepubliceerd door Wesmael in 1835.

Geplaatst op:
12-09-2012
Dit artikel is een beginnetje over biologie. U wordt uitgenodigd om op bewerken te klikken om uw kennis aan dit artikel toe te voegen. Beginnetje
license
cc-by-sa-3.0
copyright
Wikipedia-auteurs en -editors
original
visit source
partner site
wikipedia NL

Ascogaster quadridentata ( Portuguese )

provided by wikipedia PT

Ascogaster quadridentata é uma espécie de insetos himenópteros, mais especificamente de vespas parasíticas pertencente à família Braconidae.

A autoridade científica da espécie é Wesmael, tendo sido descrita no ano de 1835.

Trata-se de uma espécie presente no território português.

Referências

 title=
license
cc-by-sa-3.0
copyright
Autores e editores de Wikipedia
original
visit source
partner site
wikipedia PT

Ascogaster quadridentata: Brief Summary ( Portuguese )

provided by wikipedia PT

Ascogaster quadridentata é uma espécie de insetos himenópteros, mais especificamente de vespas parasíticas pertencente à família Braconidae.

A autoridade científica da espécie é Wesmael, tendo sido descrita no ano de 1835.

Trata-se de uma espécie presente no território português.

license
cc-by-sa-3.0
copyright
Autores e editores de Wikipedia
original
visit source
partner site
wikipedia PT