dcsimg

Şərq dağ qorillası ( Azerbaijani )

provided by wikipedia AZ

Şərq dağ qorillası və ya Dağ qorillası (lat. Gorilla beringei beringei) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə, Şərq qorillası növünə aid olan yarımnöv. Növ adı alman zabiti Fridrix Robert fon Berinqenin (1865—1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Yarımnöv nəsli kəsilmək ərəfəsindədir. 2012-ci il məlumatına görə onların sayı 880 başı keçmir.

Areal

Dağ qorillaları Mərkəsi Afrikanın Böyük Rift Dərəsi rayonunda yayılmışdır. Onlar 6 sönmüş vulkanın ətəklərində, 40 km uzunluğa və 3—19 km enə, 2200—4300 metr hündürlüyə malik ərazidə yayılmışlar. Cəmi iki iri olmayan populyasiya mövcuddur. Ruanda, UqandaKonqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır.

Xüsusiyyətləri

Bu yarımnövün nümayəndələri ölçülərinə görə yalnız Şərq düzənlik qorillalarından geri qalır. Erkəklər ortalama 195 kq çəkiyə və 150 sm bouya malik olurlar. dişilər isə 100 kq çəkiyə və 130 sm boya malikdirlər.

Qərb və şərq qorillaları arasında 29 morfoloji fərq mövcuddur. Bu yarımnövə daxil olan qorillaların xəzləri daha sıx və uzun olur. Bu isə onların yayılma arealı ilə əlaqədardır. Bütün qorillalar kimi onlar da tünd qəhvəyi gözlərə sahib olurlar.

Həyat tərzi

Onlar əsasən qorpaq üzərində dörd ətrafı üzərində hərəkət edirlər. Bununla belə onlar asanlıqla ağaclara dırmana bilirlər. Bu əsasən cavan fərdlər arasında daha çox müşahidə edilir.

 src=
Ruanda, Vulkanlar milli parkı

Dayan Rossinin hesabatına görə dağ qorillaları 58 növ bitkidən qida kimi istifadə edirlər. Bu bitkilər siyahısına Şeytanqanqalı, Gicitkən, yabanı KərəvizQatıqotu (Galium) kimilər daxildir. Yarpaqlar, tumurcuqlar və köklər didasının 86 %-ni, meyvələr isə 2 %-ni təşkil edir. Onlar həmcinin ağac qabığ və kökləri, tırtılları və iblisləri belə yeyirlər. İri erkək fərdlər gün ərzində 34 kq istehlak etdiyi halda, dişilər isə 18 kq-dan artıq yarpaq yemirlər.

Araşdırılma tarixi və qorunma

1902-ci ildə kapiytan Robert fon Beringe (1865—1940) Alman Qərbi Afrikasının sərhədlərini təyin edərkən 2 qorilla ovlayır. Onlardan birinin qalıqları Berlindəki muzeyə aparılır. Paul Maçı (1861—1926) təsnifata əsdasən bu qorillanın ayrı bir yarımnöv olmasını təyin edir və ona Gorilla beringei adını verir.

1925-ci ildə amerikalı naturalist Karl Eykli dağ qorillalarını tətqiq edərək, Belçika kralı I Albertə Virunqa dağları ətrafında heyvanların qorunması məqsədi ilə qoruğun yaradılması üçün müraciyyət edir.

1959-ci ildə Corc Şaller 20 aylıq müşahidədən sonra «Dağ qorillaları» və «Qorilla ili» kitablarını yazmışdır. bu qorillalar haqqında yazılmış ilk ətraflı və müfəssəl əsərlər olmuşdur.

1967-ci ildən primatoloq primatoloq Dayan Rossi qorillaların 18 illik müşahidəsinə başlamışdır. 1983-cü ildə ilkj avtobioqrafik əsəri olan «Dumandakı qorillalar» kitabını yazmışdır. 1988-ci ildə eyni adlı kitab əsasında film çəkilmişdir. 2002-ci ildə Ruanda hökumət nümayəndəsi «The Wall Street Journal» qəzetində məktub dərc etdirərək Dayman Rossi üçün «Ağ irqçı, hansı ki, meymunlar Afrika xalqından üstündür»[1][2] ifadəsini işlətmişdir. Onun tərəfindən təşkil edilən fond bu gündə qorillaların qorunması məsələsində olduqca effektivdir.

Hsal-hazırda qorillalar yaşadığı bütün ərazilər qoruma altındadır: Konqoda Virunqa Milli Parkı, Ruandada Vulkanlar milli parkı, Uqandada Bvindinin keçilməz meşələri və Mqaxinqa qorillalarrı milli parkı. Bununla belə onların yaşadığı bölgədə siyasi qeyri-sabitlik hələdə hökm sürməkdədir.

İstinadlar

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Şərq dağ qorillası: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Şərq dağ qorillası və ya Dağ qorillası (lat. Gorilla beringei beringei) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə, Şərq qorillası növünə aid olan yarımnöv. Növ adı alman zabiti Fridrix Robert fon Berinqenin (1865—1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Yarımnöv nəsli kəsilmək ərəfəsindədir. 2012-ci il məlumatına görə onların sayı 880 başı keçmir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ