dcsimg

Elasmidae ( Azerbaijani )

provided by wikipedia AZ

Elasmidae fəsiləsi-(lat. Elasmidae) Zərqanadlılar dəstəsinə aid olan fəsilə.

Xarici görünüşü

Omphale matrana - ZooKeys-232-001-g029-cropped.jpeg

Uzunluğu 2–3 mm, döşünün quruluşuna görə Eulophidae-yə yaxındır, belə ki, aksillər bir qədər irəli çıxır. Qabaq baldırlarında mahmızlar düz və gödəkdir. Arxa çanaqları adətən xeyli enlənmiş və uzanmışdır. Pəncələri 4-5 buğumludur. Qabaq qanadın marginal damarı, bir qayda olaraq, çox uzundur. Ortakürək qalxanının parapsidal şırımları adətən yalnız qabaqdan azacıq ifadə olunmuşdur. Qarıncığının çox qısa saplağı var. Bədəni qaradır. Bığcıqları adətən şaxəlidir.[1]

Həyat tərzi

Elasmus cinsinin növləri Elasmus (E.albipennis Thomson, E.elongatus Ferriere) güvələrin bir çox növlərinin, o sıradan əməköməci güvəsinin, Euryschia inopinata Masi isə gümüşü milçəklərin parazitidir.

Yayılması

Dünya faunasında 100-dən artıq, Avropada 12, MDB-nin Avropa hissəsində 7, Azərbaycanda 4 növü məlumdur (Rzayeva, 1971; Tryapisın, 1978). Fəsilənin nümayəndələri Azərbaycanın bütün şaquli qurşaqlarında və təbii vilayətlərində aşkar edilmişdir.

Təsnifatı

Ədəbiyyat

  • Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, -2004, -388 səh.

Həmçinin bax

Xarici keçidlər

Elasmus sp

İstinadlar

  1. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Elasmidae: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Elasmidae fəsiləsi-(lat. Elasmidae) Zərqanadlılar dəstəsinə aid olan fəsilə.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ