dcsimg
Life » » Plants » » Dicotyledons » » Malvaceae »

Alcea hyrcana (Grossh.) Grossh.

Hirkan gülxətmisi ( Azerbaijani )

provided by wikipedia AZ

Fəsilə:

Hirkan gülxətmisi - (lat. Alcea hyrcana (Grossh.) Grossh.). Əməköməcikimilər—(Malvaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B2ab(ii,iii, iv). Azərbaycanın nadir növüdür.[1][2]

Qısa morfoloji təsviri

35-85 sm, nadir hallardada 100 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqları saplaqlı, saplaqlar isə yumşaq tükcüklü, aşağı yarpaqlar yuxarı yarpaqlardan daha uzundur. Yarpaq ayası ürəkvari-yumru, 5-7 qanadlı, qanadlar küt, düz olmayan dişli qanadlardır. Aşağı yarpaqlar daha iri və daha az qanadlı, yuxarı yarpaqlar dərin qanadlı; bütün yarpaqlar boz-məxməri rəngdədir. Çiçəklər tək-tək olur. Tacı qurumuş halda 40mm-dək çəhrayı-bənövşəyi rəngdədir. Meyvəsi 15-20 mm enində, 30-32 yumurtavari meyvəciklərdən ibarətdir. Toxumları qəhvəyi rəngdə, az sayda, narın tükcüklərlə örtülmüşdür.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə və meyvəgətirmə dövrü iyun-avqust-sentyabr aylarına təsadüf edir. Toxum vasitəsilə çoxalır, az su ilə təmin olunan şəraitə davamlı (kserofit), işqsevən (heliofit), qumlu düzənliklərdə, psammofit qruplaşmalarda və dağ ətəklərində, moruq kollarının arasında rast gəlinir. Dekorativdərman bitkisidir.[3][4][5]

Yayılması

Lənkəran ovalığı və Lənkəranın dağlıq hissəsidir.[3][4]

Sayı və tendensiyası

Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (infrastrukturun inkişafı), populyasiyanın zəif təkrarlanması, bitdiyi yerlərdə iqlim şəraitinin dəyişilməsidir.

Mühafizə tədbirləri

Hal-hazırda xüsusi qorunma tədbirləri aparılmır. Növünyığılmasının qarşısının alınması, yeni yayılma aşkar edilməsi, toxumlarının toxum bankında saxlanılması, introduksiyası tələb olunur.

Sinonimləri

Althaea hyrcana Grossh.

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. http://redbook.az/?options=project&id=Hirkan%20g%C3%BClx%C9%99tmisi
  3. 3,0 3,1 3,2 Флора Азербайджана, 1955
  4. 4,0 4,1 Safarov H.M., 2009
  5. Мехтиева Н.П., 2006
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Hirkan gülxətmisi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Fəsilə:

Hirkan gülxətmisi - (lat. Alcea hyrcana (Grossh.) Grossh.). Əməköməcikimilər—(Malvaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B2ab(ii,iii, iv). Azərbaycanın nadir növüdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Alcea hyrcana ( Vietnamese )

provided by wikipedia VI

Alcea hyrcana là một loài thực vật có hoa trong họ Cẩm quỳ. Loài này được Grossh. mô tả khoa học đầu tiên năm 1949.[1]

Chú thích

  1. ^ The Plant List (2010). Alcea hyrcana. Truy cập ngày 4 tháng 6 năm 2013.

Liên kết ngoài

 src= Wikimedia Commons có thư viện hình ảnh và phương tiện truyền tải về Alcea hyrcana  src= Wikispecies có thông tin sinh học về Alcea hyrcana


Hình tượng sơ khai Bài viết liên quan đến tông thực vật Malveae này vẫn còn sơ khai. Bạn có thể giúp Wikipedia bằng cách mở rộng nội dung để bài được hoàn chỉnh hơn.
license
cc-by-sa-3.0
copyright
Wikipedia tác giả và biên tập viên
original
visit source
partner site
wikipedia VI

Alcea hyrcana: Brief Summary ( Vietnamese )

provided by wikipedia VI

Alcea hyrcana là một loài thực vật có hoa trong họ Cẩm quỳ. Loài này được Grossh. mô tả khoa học đầu tiên năm 1949.

license
cc-by-sa-3.0
copyright
Wikipedia tác giả và biên tập viên
original
visit source
partner site
wikipedia VI