Koreopsisin toxumları çox kiçikdir.Qədim yunan dilində kareopsis "cırtdanvari" deməkdir.Gülçülükdə bitkinin 8 növündən istifadə olunur.Onlardan 4 növü birillikdir.Drummond koreopsisin (C.drummondi) vətəni Şimali Amerikadır.Çoxsaylı növləri,mədəni formaları və hibridləri ilə geniş yayılan bu bitki müxtəlif rəngli gülləri ilə fərqlənir.Boyayıcı koreopsis (C.tinctoria) əvvəlki növdən iri hamaşçiçəkləri və müxtəlif rəngləri ilə seçilir.Bu növ Azərbaycanda təbii halda bitir.Ürəkyarpaqlı koreopsisin (C.cardaminifolia) hamaşçiçəkləri çoxşüalı ulduz formasındadır.Yabanı halda bu bitkiyə Texasda rast gəlmək olar.Dekorativ bağçılıqda,bordürlərin salınmasında istifadə edilir.Müxtəlif gül kompozisiyalarının yaradılmasında koreopsisdən istifadə etmək olar.