dcsimg

Yastıqəlsəməlilər ( Azerbaijani )

provided by wikipedia AZ

Yastıqəlsəməlilər (lat. Elasmobranchii) Qığırdaqlı balıqlar sinfinə aid yarımsinif. Akulalar və skatlar daxil olan bu sinifaltının nümayəndələrində başın önündə rostrum adlanan çıxıntı, yanlarında 5-7 qəlsəmə yarığı var. Bu yarıqların üzərini örtən ümumi dəri qatlaq yoxdur, qəlsəmə yarpaqcıqları yastıdır. Pulcuqlar plakoiddir, kloaka var. Kəllə amfistil və ya hiostildir, fəqərə cisimləri inkişaf edib. Quyruq heteroserkaldır. Erkəklərdə qarın üzgəclərinin daxili hissəsində barmaqvari çıxıntı əmələ gəlir ki, bu kopulyasiya orqanıdır. Yastıqəlsəməlilər sinifaltına iki dəstəüstü daxildir: Akulalar-Selechomorpha və skatlar- Batomorpha.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.125.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.178.
  3. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 326.

Həmçinin bax

Onurğalılar

Qığırdaqlı balıqlar

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Yastıqəlsəməlilər: Brief Summary ( Azerbaijani )