dcsimg

Çanaqlı xərçənglər ( Azerbaijani )

provided by wikipedia AZ

Çanaqlı xərçənglər (lat. Ostracoda) — Xərçəngkimilər yarımtipinə aid sinif.

Ümumi xrakteristikası

Çanaqlı xərçənglər və ya ostrakodlar yanlardan sıxılmış, ikitaylı çanaqla örtülü, 7 cüt çıxıntıdan (antenna, çənələr və ayaqlar), üst çənədə yerləşən ayağabənzər qısqaclardan, böyük alt çənədənbuğumsuz qısa qarından ibarət canlılardır. Ağız hissə üst dodaq, güclü üst çənədən ibarətdir. Həzm kanalı qida borusu, ön mədə, mədə və bağırsaqdan iarətdir. Bağırsağın sonunda arxa çıxışdəliyi yerləşir. Tənəffüs prosesində bütün bədən iştirak edir. Bu sinifin nümayəndələrinin ayaq hissəsində qəlsəmə kisələri yoxdur. Bəzi Cyprinidae nümayəndələrində kisəvəbənzər ürək vardır. Bəzilərində (məsələn, Cypris) qan dövranı yoxdur.[1]

Ostrakodlar müxtəlifcinsli canlılardır. Erkəklər daha inkişaf etmiş hissiyyat orqanlarına və ətraflara malikdir. Bu dişi fərdləri tutub saxlamaq üçündür.

Erkək cinsiyyət orqanları cüt formada olub hər iki tərəfdə cinsiyyət vəzilərindən ibarət bir neçə kisəcikdən, toxum kanalından və mürəkkəb cütləşmə orqanı yerləşir.Cypris cinsinin nümayəndələrində bu orqanın ölçüləri xeyli böyükdür.

Dişi fərdlərdə abdomenin əsasında 2 yumurtalıq, 2 yumurta borusu, 2 toxum qəbuledicisi, 2 cinsiyyət dəliyi yerləşir. Cypris cinsinin nümayəndələrində partenogenez mövcuddur.[2]

Çoxalması

Ostrakodlar, əsasən, yumurta ilə çoxalırlar. Yumurtalar ya suya (su bitkilərinə yapışır) su bitkilərinin qoyulur, ya da ya çıxanadək dişi fərlərin bədənində qalır. Bəzi növlərdə inkişaf prosesi mürəkkəb metamorfozla gedir. Dəniz növlərində inkişaf prosesi sadədir.

Qidalanması

Bütün ostrakodlar su canlıları olub, əsasən, ölmüş su heyvanlarının qalıqları ilə qidalanır.

Yarımsinif və dəstələri

İstinadlar

Həmçinin bax

Bu şablona bax Müasir buğumayaqlıların yarımtip və sinifləri Aləmi: Heyvanlar · Yarımaləm: Eumetazoa · Bölmə: Bilateriallar · Yarımbölmə: İlkağızlılar · Tipüstü: EcdysozoaXeliserlilər yarımtipi Hörümçəkkimilər · Merostomata · PantopodlarÇoxayaqlılar yarımtipi Dodaqayaqlılar · İkicütayaqlılar · Pauropodlar · SimfillərAltıayaqlılar yarımtipi Həşəratlar · GizliçənəlilərXərçəngkimilər yarımtipi Ayaqqəlsəməlilər · Daraqayaqlılar · Sefalokaridlər · Çənəayaqlılar · Çanaqlı xərçənglər · Ali xərçənglər Trilobitkimilər yarımtipi Trilobitlər Marellokimilər yarımtipi Açerkostrakalar · Çiklinalar · Marrellinalar · Mimetasteridalar




Daky du lys d'Orient 5.jpg Heyvanlar ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Çanaqlı xərçənglər: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Çanaqlı xərçənglər (lat. Ostracoda) — Xərçəngkimilər yarımtipinə aid sinif.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ