dcsimg

Talış qırqovulu ( Azerbaijani )

provided by wikipedia AZ

Talış qırqovulu (lat. Phasianus colchicus talischensis) — Qırqovullar fəsiləsinə aid quş növü.

Statusu

Nadirdir.

Kateqoriyası

Kritik vəziyyətdədir (CR). Xüsusi mühafizə tədbirləri görülməsə nəsli kəsilə bilər.

Qısa təsviri

Quyruğu uzundur. Erkəyi çox parlaq rəngdədir və çinədanını örtən lələklərin ucu oyuqdur, onun rəngli haşiyəsi Zaqafqaziya qırqovuluna nisbətən dardır. Dişisi boz-şabalıdı rəngdə olub, üzərində tünd ləkələr vardır. Erkəyinin oxuması 5-6 aylıq ev xoruzunun banlamasını xatırladır.

Yayılması

XX əsrin 50-ci illərinə qədər Lənkəran ovalığında, Salyan düzənliyində [1][2]Talış dağlarının ətəklərində yayılması göstərilib. İndi isə yalnız Talış dağlarının orta və aşağı qurşaqlarında qalıb [3][4]. Azərbaycandan kənarda bu yarımnövün yayıldığı ərazi İranın Xəzər sahili əyalətlərini əhatə edir [5].

Yaşayış yeri və həyat tərzi

Taxıl sahələrinəüzüm plantasiyalarına yaxın talalarla növbələşən keçilməz kolluqlarda yaşayır. Oturaqdır, gündüz fəal olur. Bir yaşında cinsiyyət yetişkənliyinə çatır. Poliqamdır. Aprel ayında cütlər əmələ gətirir. Yuvasında 9-21 yumurta olur, 21-24 gün kürt yatır. Mayın ikinci yarısında və iyunun əvvəllərində körpə cücələri müşahidə edilir. Həşərat, bitki toxumları, meyvə və giləmeyvə yeyir.

Əhali üçün əhəmiyyəti

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır. Azərbaycanın "Qırmızı Kitab"ına (1989) və Bern konvensiyasına daxildir. Yaşayış yerlərinin cüzi bir hissəsi Hirkan Milli ParkındaHirkan Dövlət Yasaqlığında yerləşir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Talışda Orandçayın aşağı axınında Orandçay-Lənkərançay Yasaqlığının yaradılması, Astaraçayın aşağı axınına həmsərhəd ərazilərdəki kolluqların təbii abidə edilməsi, süni şəraitdə çoxaldılıb yaşayış üçün səciyyəvi olan biotoplara reintroduksiyası, qanunsuz ovlanmasına qarşı ciddi mübarizə aparılması, yaşadığı biotopların ətrafında taxıl bitkilərinin əkininin genişləndirilməsi və kənd təsərrüfatı üçün yararlı olmayan sahələrdə çaytikanı, dərgil, böyürtkən kolluqlarının əkilməsi məsləhətdir.

Həmçinin bax

Böyük qartal
Kürən vağ
Leşcil ağqartal
Səhra balakəkliyi

Xarici keçidlər

Phasianus colchicus talischensis: SE Transcaucasia
Hirkan Milli Parkı

İstinadlar

  1. Шавров Н.Н. Остров Сара. Строение, особенности, флора и фауна. Тифлис, 1909, c. 25;
  2. Тугаринов А.Д., Козлова Е.В. Зимовка птиц в Талыше // Тр. Аз. ФАН ССР, Зоол. серия. 1935, т. XXIII, с. 37-38;
  3. Доброхотов В.П. Современное состояние зимовки птиц в Кызыл-Агачском заповеднике // Орнитология, Изд-во МГУ, 1963, вып. 6, с. 355-359;
  4. Бабаев И.Р. Распространение и численность Талышсакого фазана (Phasianus colchicus talischensis Lorenz) ВИНИТИ, № 4655-87:181;
  5. Mansoori J.A. Guide to the birds of Iran. Farzaneh. Tehran, 2008, pp. 513 1-15.

Ədəbiyyat

1. Mustafayev Q.T., Babayev İ.R. Lənkəran-Talış bölgəsində nadir quşların növ tərkibi, sayı və say dinamikası // Zoologiya İnstitutunun əsərləri. XXVIII cild. Bakı, “Elm”, 2006, s. 562-563;
2. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Talış qırqovulu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Talış qırqovulu (lat. Phasianus colchicus talischensis) — Qırqovullar fəsiləsinə aid quş növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ