dcsimg

İtitikanşəkilli zirinc ( azéri )

fourni par wikipedia AZ

İtitikanşəkilli zirinc (lat. Berberis lycium) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Təbii yayılması

Cənubi və Orta Avropada, Krımda, Qafqazda, İran, Şərqi Sibirdə, Şimali Amerikada rast gəlinir.

Botaniki təsviri

Hündürlüyü 3 m olan həmişəyaşıl koldur. Budaqlari tükcüklü, sarımtıl-boz və ya bozdur. İynələri 3 yerə bölünmüş, uzunluğu 2 sm-dir. Yarpaqları lansetvari və ya tərs yumurtavari, uzunluğu 2-5 sm, biz və ya küt, ucu biz, bütöv və ya az dişli, üstdən açıq-yaşıldır. Çiçəkləri parlaq sarı, salxımlarda 10-20 ədəd, əsasən uzunsov, bəzən sallaq formadadır, uzunluğu 10 sm-dir, bəzən qısas və çətirşəkilli çiçək qruplarına yığılmışdır. Meyvələri ellipsvaridir, uzunluğu 1,2 sm, al-qırmızıdır.

Ekologiyası

Qışa, istiyə davamlıdır, kasıb torpağa dözür, çox nəmişliyi sevmir, işıqsevəndir.

Azərbaycanda yayılması

Mədəni şəraitdə park və bağlarda becərilir.

İstifadəsi

Bərk, möhkəm, oduncağı xırda xarrat məmulatların hazırlanmasında istifadə edilir. Özünəməxsus rəngi vardır.

Məlumat mənbəsi

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ

İtitikanşəkilli zirinc: Brief Summary ( azéri )

fourni par wikipedia AZ

İtitikanşəkilli zirinc (lat. Berberis lycium) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

licence
cc-by-sa-3.0
droit d’auteur
Vikipediya müəllifləri və redaktorları
original
visiter la source
site partenaire
wikipedia AZ