dcsimg

Şirinbiyan ( Azerbaijano )

fornecido por wikipedia AZ
 src=
Glycyrrhiza glabra

Şirinbiyan (lat. Glycyrrhiza glabra)[1]biyan cinsinə aid bitki növü.[2]

Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.

Gövdələri düz, azca qol – budaqlı, hündürlüyü 60 – 80, bəzən də 100 sm – ə çatır. Kökləri şaxələnəndir. Əsas kökü şaquli vəziyyətdə torpağın 2 – 7 m dərinliyində olur. Kökün yan pöhrələrindən yan gövdələr və köklər əmələ gəlir. Köklər tünd – qəhvəyi, kökümsovları isə tünd – sarı və limonu – sarı rəngdə olub, yerin səthinə yaxınlaşdıqca bozarır. Yarpaqlarında 7 – 9 yarpaqcıq vardır. Tacı solğun bənövşəyidir. May – iyun aylarında çiçəkləyir, iyul – sentyabr aylarında isə meyvə verir.

Öz yaşıl rəgini bütün yay boyu, sentyabra qədər saxlayır. Böyük sahələrdə bəzən cəngəlliklər əmələ gətirir. Həmin bitkiyə, eləcə də çayır, yovşan, dəvətikanı və dəvəayağı ( süpürgə ) bitən sahələrdə rast gəlmək olur.

Müalicəvi təsiri

Şirinbiyanın müalicəvi təsiri hələ çox qədimdən insanlara məlum olmuşdur. Hazırkı dövrdə şirinbiyandan hazırlanan preparatlardan bronxit, göy öskürək, vərəm, mədə yaraları, zəhərlənmə əleyhinə, xüsusən ət və göbələk zəhərlənmələrinə qarşı istifadə olunur. Şirinbiyan kökündən hazırlanmış cövhəri içərkən orqanizm cavanlaşır. Bundan başqa, ondan ilanvurma, əqrəbsancma, quduzluq əleyhinə də istifadə olunur. Şirinbiyandan maddələr mübadiləsinin nizama salınmasında, iflic – sinir xəstəliklərinin müalicəsində istifadə edilir. Şirinbiyan kökündən elmi təbabətdə sirop və müxtəlif qalen preparatları hazırlanır.[3]

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Şirinbiyan

Həmçinin bax

Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Şirinbiyan: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ
 src= Glycyrrhiza glabra

Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü.