dcsimg

Ağacvari şoran ( Azerbaijano )

fornecido por wikipedia AZ

Ağacvari şoran (lat. Salsola arbuscula) — pəncərkimilər fəsiləsinin şoran cinsinə aid bitki növü.

Təbii yayılması

Mərkəzi və Ön Asiyada rast gəlinir.

Botaniki təsviri

Hündürlüyü 30-100 sm olan,şaxələnmiş budaqlı koldur. Yarpaqları ensiz-xətvari, ətlidir. Çiçəkləri bir ədəd yarpaq qoltuqlarında sünbülvari və ya süpürgəvari çiçək qrupuna yığılmışdır.

Ekologiyası

Çox vaxt duzlu, çınqıllı və qumluca torpaqlarda, səhralarda və yarımsəhralarda bitir.

Azərbaycanda yayılması

Xızı rayonu ətrafında rast gəlinir.

İstifadəsi

Xırdabuynuzlu heyvanlar üçün qış yemidir. Dəvələr şoran otunu il ərzində yeyir.

Məlumat mənbəsi

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Ağacvari şoran: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Ağacvari şoran (lat. Salsola arbuscula) — pəncərkimilər fəsiləsinin şoran cinsinə aid bitki növü.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ