dcsimg

İriçiçək qurdotu ( Azerbaijano )

fornecido por wikipedia AZ

İriçiçək qurdotu - (lat.Linaria grandiflora) Keçiqulağıkimilər fəsiləsi

Botaniki təsviri

İriçiçək qurdotu çoxillik, çılpaq bitkidir. Gövdəsi sadə, bəzən budaqlı olub, hüdürlüyü 40-80 sm-ə çatır. Yarpaqları gövdə üzərində növbəli düzülmüş, oturaq, uzunsov-yumurtaşəkilli, 1,5-4 sm uzunluqlu, 4-10 mm enindədir. Gövdənin aşağı hissəsindəki yarpaqlar pulcuqşəkilli, üçbucaq formalıdır. Çiçək ayaqçığı qısadır. Kasacıq 5 dişlidir. Tac ikidodaqlı, sarıdır. Qutucuğu oval, 7 mm uzunluqludur. Toxumlar üçkünc, üzəri qırışlıdır. Bitki iyun-avqust aylarında çiçəkləyir, iyul-sentiyabr aylarında meyvə verir.

Yayılması

Kiçik qafqazın şimalında, Naxşıvan MR-da, Diabarada orta və yuxarı dağ qurşağında, dağlıq və daşlı yerlərdə, kolluqlarda yayılıb. İstifadə olunan hissəsi: Bitkinin budaqlarının yuxarı hissəsindən (Herba lineriae) istifadə olunur.

Tərkibi

Tərkibində linarin, pektolinarin, taninlər və başqa maddələr vardır.

Tətbiqi

Qurdotu babasildə, qəbizlikdə, sidiyi saxlaya bilməməkdə və frunkul xəstəliklərində işlədilir. Daxilə 1,5 qaşığı qurudulmuş otu bir stəkan suda dəmləyib qəbul edirlər (gündəlik doza). Xaricə isə 20 q otu 0,5 litr susa 20-25 dəqiqə islatma şəklində tədbiq edirlər.[1]

İstinadlar

  1. Elşad Qurbanov Dərman bitkiləri. Bakı 2009
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

İriçiçək qurdotu: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

İriçiçək qurdotu - (lat.Linaria grandiflora) Keçiqulağıkimilər fəsiləsi

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ