dcsimg

Adi doqquzdon ( Azerbaijano )

fornecido por wikipedia AZ

Adi doqquzdon (lat. Lonicera capriofolium L.) - doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Hündür olmayan, gövdəsi sarmaşan və ya dırmaşan koldur.

Təbii yayılması

Yabanı halda Avropanın Şimali, Mərkəzi və Şərq vilayətlərində, Şimali Amerikada, Uralda və Qərbi Sibirdə rast gəlinir.

Botaniki təsviri

Hündürlüyü 2,5 m-dək, yarpağıtökülən koldur. Oduncağı yaşılımtıl-ağdır. Cavan zoğları yaşıl və ya qırmızımtıl rəngli, qoca zoğlarının qabığı boz və qonur-bozdur. Tumurcuqları konusvarı, xırda, 1-2 mm-dir. Yarpaqların uzunluğu 3-7 sm, eni 2-5 sm, qarşı-qarşıya düzülmüş ellipsvarı formalı, qısa, ucu biz, kənarları bütövdür. Yarpaq ayasının yuxarı tərəfi tünd-yaşıl, tutqun, alt tərəfi bozumtul, yumşaq sıx tükcüklərlə örtülüdür. Çiçəkləri yarpaqların qoltuğunda cüt yerləşir. Sarımtıl-ağ çiçək tacının uzunluğu 10-15 mm, zəngvarı içərisi tüklü və küt hissəlidir, çiçəkləmənin sonunda saralır. Kasacığı 5 dişlidir. Çiçəklənmə vaxtı may-iyundur. Meyvələri sulu, tünd-qırmızı, şarşəkilli olub, iyulun axırlarında yetişir. Meyvələrinin içərisində 2 ədəd ağ çəyirdək olur, qışın ortalarına qədər budaqların üzərində qalır. Bəzi hallarda bitkidə ikinci çiçəkləmə müşahidə edilir.

Ekologiyası

Torpağa tələbkar deyil, qışa və quraqlığadavamlıdır. İşıqsevəndir.

Azərbaycanda yayılması

Böyük Qafqazda, Kür-Araz ovalığında, Cənub bölgəsinin aşağı yaruslarında rast gəlinir.

İstifadəsi

Dekorativ bitkidir. Yeməli deyil. Əsl doqquzdon bəzən dekorativ bitki kimi istifadə edilir. Budanmanı yaxşı keçirir. Bal arıları ondan çoxlu miqdarda nektar və tozcuq toplayır.

Yarpaq

Yarpaqları qısasaplaqlı, bərk, oval, və ya ellipsvaridir, tamkənarlı, çılpaq, göyümtüldür, uzunluğu 3,5-10 sm, eni 3-6 sm-dir; yuxari

yarpaqları dəyirmi-ovaldır, cüt-cüt birləşərək kasaşəkilli forma əmələ gətirir.

Çiçək

Çiçəkləri ətirlidir, iridir, oturaqdır, bir neçə ədəd olmaqla çiçək köbəsində yerləşmişdir. Tac çəhrayıtəhər, sarımtıl və ya sarımtıl-ağ

rəngdə olub, uzunluğu 5 sm-dir, uzun qırmızımtıl, xaricdən tükcüklü və ya demək olar ki, çılpaq borucuqlu və 5 bölümlü büküşləri olan uzunsov hissələri vardır.

Meyvə

Meyvələri qırmızımtıl-narıncı rəngli giləmeyvədir. Toxumları ellipsvaridir.

Çiçəkləməsi

May-Avqust

Meyvə verməsi

İyun-Sentyabr

Azərbaycanda yayılması

Samur-Şabran oval., BQ (Quba), Qobustan, BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəz, KQ cənub. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti

Çay və kiçik çay sahillərində, kolların arasında, işıqlı meşələrdə və meşə ətrafında rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

Dekorativ məqsədlə istifadə olunur.

İstinadlar

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Adi doqquzdon: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Adi doqquzdon (lat. Lonicera capriofolium L.) - doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Hündür olmayan, gövdəsi sarmaşan və ya dırmaşan koldur.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ