Ətirli doqquzdon
Çində yayılmışdır.
Boyu 2-3 m-ə çatan, çox gövdəli, dik duran koldur. Yarpaqları qışda uzun müddət budaq üzərində qalır. Çiçəkləri sarımtıl-ağ rəngli, gözəl ətirlidir. Bitki tam yarpaqlamadan əvvəl çiçəkləri diqqəti cəlb edir.
İstisevən, quraqlığadavamlı, torpağa tələbkar deyildir.
Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir.
Çox dekorativ görünüşə malikdir.
Ətirli doqquzdon