Sarıdimdik bizquyruq[1][2] (lat. Anas georgica) — Əsl ördəklər dəstəsinə Çay ördəyi (Anas) cinsinə aid növ.
Sarıdimdik bizquyruq qəhvəyi başa və boyuna malikdir. Ölçülərinə görə elə də böyük ördəklər qrupuna daxil deyil.
Sarıdimdik bizquyruq əsasən Peru, Paraqvay, Braziliya, Ekvador və Cənubi Georgiya ərazisində yayılmışdır. Anas georgica georgica yarımnövü 1000—1500 çüt olaraq Cənubi Georgiya arxipelaqın adalarında yayılmışdır. Anas georgica spinicauda yarımnövünün sayı 110 000 çüt olması hesab edilir. Anas georgica niceforoi yarımnövü 1940 il məlumatına cəmi 1952 cütdür.
Əsasən yüksək dağlıq göllərdə, bataqlıqlarda və çay kənarlarında yayılmışlar.
Yumurtanı əsasən torpaqda və ya otların arasında, quru yerdə qoyur. 4 - 10 yumurta qoyur.
Sarıdimdik bizquyruq (lat. Anas georgica) — Əsl ördəklər dəstəsinə Çay ördəyi (Anas) cinsinə aid növ.