dcsimg

Ətirli yovşan ( Azerbaijani )

provided by wikipedia AZ

Ətirli yovşan

Təbii yayılması

Qafqazda orta dağ qurşaqlarında təbii halda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 25 (30-45) sm-ə çatan, bozumtul və ya açıq-bənövşəyi rəngdə çoxillik kol bitkisidir.Cavanlıqda ağa çalan,keçəvari,sonradan çılpaqlaşan,gövdəsi dik,oducaqlı olub,qalınlığı 0,5-1 sm-dir.Yaepaqları ikili,üçər lələkvari-parçalanmış,uc hissələri uzunsov,aşağıdan dəyirmi sapvari hissəciklidir.Səbətləri yumurtavari kürəkşəkilli,bozumtul-bənövşəyi tüklü olub,uzunluğu 2 mm,eni 1,5 mm-dir.Örtüyü kirəmitdişli,yarpaqcıqları ətli,xaricdəkilər dar, daxildəkilər enli, arxa hissə şırımlı,kənardakılar isə arxadan bozumtul,sıx tükcüklüdür.Çiçəkləri qabarıq çiçək yatağında toplaşmışdır,sayı 10 ədəddir.Toxumacası tərs konusşəkillidir.Sentyabr ayında çiçəkləyir,oktyabr-dekabr aylarında isə meyvə verir.Kökləri yoğunlaşmış şaquli,kök gövdəsi çoxsaylı olub,boz hörümçəkvari və ya bənövşəyi çalarlı tükcüklüdür.

Ekologiyası

Orta dağ qurşaqlarında rast gəlinir.Quraqlığa və qışadavamlıdır,torpağa az tələbkardır.

Azərbaycanda yayılması

Kiçik Qafqaz,Abşeron,Kür-Arax ovalığı Lənkəran düzənlikləri,Samur-Dəvəçi,Xəzər dənizi ətrafı,Naxçıvan MR-da Araz boyu düzənliyində və s. ərazilərdə yayılmışdır.Endem bitkidir.


İstifadəsi

Tərkibində efir yağı vardır.Yaşıllaşdırmada az istifadə olunur.

Məlumat mənbəsi

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Ətirli yovşan: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Ətirli yovşan

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ