Aqarikkimilər (lat. Agaricales yun. agarikon — ağac göbələyi) — Bazidiomikot şöbəsinin Aqarikmisidlər sinfinə aid göbələk sırası.
Göbələyin miselini substratın daxilində (əsasən torpaqda) yerləşir. O, rizoforma (lat. Armillaria mellea) və sklerosi əmələ gətirmə xüsusiyyətinə malik olur.
Miselin uzun müddət vegetativ olaraq çoxalma qabiliyyətinə malikdir.
Sporokarp və ya sporofor ya miselində, ya da birbaşa mikoriz köklərdə əmələ gəlir.