dcsimg

Migri kəklikotu ( Azerbaijani )

provided by wikipedia AZ

Migri kəklikotu - (lat. Thymus migricus Klokov & Des.-Shost.) Dalamazkimilər – (Lamiaceae Lindl.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU C2a (i). Azərbaycanın nadir növüdür. [1][2][3][4]

Qısa morfoloji təsviri

Təbiətdə hündürlüyü 8-15 sm olan yarımkoldur. Bitki də budaqlanma güclüdür. Üzərində çiçək olan budaqları 5-12 sm ola bilir. Çiçəkaltlığı aşağıya doğru əyilmiş tüklərlə örtülüdür. Bitkinin yar-paqları saplaqlı olub uzunsov və ya yumurtavaridir. Yarpaqlar 0,6-1,3 sm uzunluğunda 0,3-0,7 sm enində ola bilir. Yarpağın üst hissəsi çılpaq olub kənarları bir qədər kirpiklidir və yan damarları görünür. Çiçək saplağı qısa tüklüdür. Bitkinin kasacığı 3-4 mm uzunluğundadır, çılpaqdır. Tacı ağımtıl və ya bənövşəyi ola bilir.[1][2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə iyun-iyul, meyvə əmələgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir. Kserofitdir. Orta və yuxarı dağ qurşağında quru daşlı-çınqıllı, qayalı yamaclarda və seyrək otlu friqana bitkiliyində rast gəlinir. Efiryağlı bitkidir.[5][6][7]

Yayılması

Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu- Ərəfsə kəndinin ətrafı; Babək rayonu- Buzqov kəndinin ətrafı; Ordubad rayonu – Kotam, Kilit, Biləv və Nüsnüs kəndlərinin ətrafı; Şərur rayonu –Ardıc dağı ətrafı; Şahbuz rayonu – Biçənək kəndinin ətrafı).[5][8]

Sayı və tendensiyası

Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqliməantropogen təsirlərə həssaslıq müşahidə olunur.[6]

Məhdudlaşdırıcı amillər

Əhali tərəfindən dərman bitkisi kimi toplanılması və iqlim.[8]

Mühafizə tədbirləri

Zəngəzur Milli Parkının ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.[6]

Sinonimləri

Thymus kotschyanus ssp. migricus (Klokov & Des.-Shost.) Menitsky

Thymus kotschyanus var. migricus (Klokov & Des.-Shost.) Ronn. ex Rech. f

İstinadlar

  1. 1,0 1,1 Azərbaycan Respublikasının Qırmızı kitabı.Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri.II nəşr Bakı-2013
  2. 2,0 2,1 http://redbook.az/
  3. Azərbaycanın “Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki forma-siyaları. 1996
  4. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
  5. 5,0 5,1 Флора Азербайджан, 1957
  6. 6,0 6,1 6,2 Касумов Ф.Ю., 2010
  7. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
  8. 8,0 8,1 Naxçıvan MR-in Qırmızı kitabı, 2010
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Migri kəklikotu: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Migri kəklikotu - (lat. Thymus migricus Klokov & Des.-Shost.) Dalamazkimilər – (Lamiaceae Lindl.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU C2a (i). Azərbaycanın nadir növüdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ