Ağquyruq dəniz qartalı (lat. Haliaeetus albicilla) - Haliaeetus cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[1]
|description=
ignored (kömək) (rus.)
Ağquyruq dəniz qartalı (lat. Haliaeetus albicilla) - Haliaeetus cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Status. Nadir, sayı tez azalan növdür. Yayılması. Düzənlik və dağətəyi rayonları. Adətən Xəzər sahillərində və Kür-Araz boyu rast gəlinir. Dəniz qartalına Abşeron sahillərində bütün il boyu təsadüf etmək olar. Balıqların kürü tökmə zamanı daha tez-tez təsadüf edilir. Onu dəniz sahillərinə yaxın yerlərdə, Astara və Kürün mənsəbi arasında müşahidə etmək olar. Yaşayış yeri. Qışda qida axtarmaq üçün çayların, göllərin və dənizlərin sahillərinə gəlirlər. Ağaclarda və kolluqlarda gecələyir. Təbiətdə sayı. Qızılağac qoruğu ərazisində 20-25-ə qədər ağquyruq dəniz qartalı qışlayır. Lənkəran düzənliyində 10-15, Ağ-göldə 8-10, Abşeron sahillərində və Bəndovanda 5-6, Mingəçevir su anbarında 3-4, Kür-Araz sahillərində 8-10 fərd qeydə alınmışdır. Çoxalması. Ağaclarda, nadir hallarda kollarda yuvalayır. Yuvaya 2 yumurta qoyur. Sayının dəyişilmə səbəbləri. Ağquyruq dəniz qartalının yuvaları, xüsusilə alçaqda yerləşənləri, insan tərəfindən dağıdılır. Qorunması üçün zəruri tədbirlər. Qorunmasına riayət etmək üçün nəzarəti gücləndirmək.