dcsimg

Yağlıağac ( Azerbaijani )

provided by wikipedia AZ

Yağlıağac, tunq ağacı (lat. Aleurites)[2] - südləyənkimilər fəsiləsinə aid bitki cinsi.[3]

Əhəmiyyəti

Tunq (Aleurites) toxumlarının tərkibində 48,0-57,5% yaxşı keyfiyyətli tez quruyan texniki yağ vardır. Tunq yağının tərkibində 80%-ə qədər eleostearin turşusu vardır ki, bu da yağa xüsusi keyfiyyət polimerləşmə və tez quruma xüsusiyyəti verir. Üzərinə tunq yağı çəkilməsi metalları korroziyadan (çürümədən), ağacları isə rütubətdən xarab olmadan və göbələk çürüməsindən qoruyur. Tunq yağının texniki əhəmiyyəti böyükdür. O tibbi aparatların istismarı zamanı çürümə əleyhinə örtük kimi qiymətlidir. Ondan həmçinin lakların, mina və boyaların alınmasında da istifadə edilir. Təyyarələr, sərnişin qatarları, hərbi, sərnişin və ticarət gəmilərinin sualtı hissələri tunq boyaları (lakları) ilə örtülür.Tunqdan hazırlanmış xüsusi izolə edici qatlar yüksək gərginlikli transformatorlara və kabellərə çəkilir.

Aşağı keyfiyyətli tunq yağı plyonka, müşəmbə (linoleum), qaloş lakı hazırlanmasında istifadə olunur. Tunq yağı alınarkən çıxan tullantıdan gübrə kimi istifadə edilir. Bu tullantının tərkibində 7,6% azot, 25% fosfor olur. Jmıxı zəhərlidir. Ondan kazein və plastmas əldə edilir. Yandıqda da nazik his (qurum) əmələ gətirir ki, ondan da tuş (mürəkkəb) hazırlanır. Oduncağı yüngüldür, suda deformasiya olunmur. Ondan mebel, musiqi alətləri və s. hazırlanır.[4]

Çində və Hind-Çin ölkələrində tunq yağı tibdə qusma və işlətmə dərmanı kimi istifadə edilir, irinli yaralara və yanıqlara çəkilən məlhəmlərin (mazların) tərkibinə daxil edilir.Tunq meyvələrinin tərkibində zəhərli maddə vardır. Bu maddənin xüsusiyyətləri bu günə qədər tam öyrənilməmişdir.Tunqla zəhərlənmə əlamətləri insanlarda qus ma, mədədə kəskin ağrı, başgicəllənmə, nəbzin artması və s. şəklində təzahür edir. Tunq yağının əsas zəhərləyici maddəsi saponindir. Saponin insan qanına keçdikdə qanın parçalanmasına (hemolizinə) səbəb olur.[4]

Yayılması

Tunq subtropik texniki bitki olub Çində və Yaponiyada 26 və 330 şimal enliliklərində yabanı halda yayılmışdır. Mədəni əkinləri ABŞ-da, ArgentinaParaqvayda mövcud dur. Tunq MDB ərazisində əsasən qərbi Gürcüstanın subtropik rayonlarında bitir. Az miqdarda tunq əkinlərinə Azərbaycanın subtropik rayonlarında və Krasnodar vilayə tində də rast gəlinir.1986-cı ildə dünyada 100 min tona yaxın tunq istehsal olunmuş-dur ki, bunun da yarıdan çoxunu (60 min tonunu) Çin istehsal etmişdir. Argentina və Paraqvay da əhəmiyyətli dərəcədə tunq becərirlər. İldə 12 min tona qədər yağ ixrac edirlər. Tunq az miqdarda (2 min ton) Braziliya və keçmiş SSRİ-də (1 min ton) isteh sal olunurdu. Mədəni tunq yabanı formaların əhilləşdirilməsi nəticəsində yaradılmışdır.[4]

Növləri

Azərbaycanın dərman bitkiləri

Digər növləri

Aleurites moluccana

Mənbə

  1. "Genus: Aleurites J. R. Forst. & G. Forst". Germplasm Resources Information Network. United States Department of Agriculture. 2007-10-05. İstifadə tarixi: 2010-10-09.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  4. 4,0 4,1 4,2 H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Yağlıağac: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Yağlıağac, tunq ağacı (lat. Aleurites) - südləyənkimilər fəsiləsinə aid bitki cinsi.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ