dcsimg

Pastuxov daşsarmaşığı ( Azerbaijani )

provided by wikipedia AZ

Pastuxov daşsarmaşığı (lat. Hedera pastuchovii) — araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür.[1]

Təbii yayılması

Rusiya (Dağıstan) və Şimali İranda təbii arealı vardır. Azərbaycanda ilk dəfə Qusarda təsvir edilib.

Botaniki təsviri

Boyu 30-35 m-ə çatan, sarmaşan kol bitkisidir. Yarpaqları adətən qalın dəricikli, bəzən isə nazik dəricikli olur, üst tərəfdən tündyaşıl, alt tərəfdən açıq rəngli, hər iki tərəfdən çılpaq və yaxud alt tərəfdə seyrək ulduzabənzər pulcuqları vardır, uzunluğu 13 sm-ə, eni 7 sm-ə qədərdir, iysizdir. Yarpaqların forması dəyişkəndir: yerə sərilən budaqların yarpaqları dairəvi-ürəkşəkilli və tamkənarlıdır. Dırmaşan budaqların yarpaqları isə uzunsov-yumurtaşəkilli və neştərşəkilli formaya qədər, qaidə hissəsi dərin ürəkşəkillidən kəsilmiş və pazşəkilli formaya qədər dəyişir, tamkənarlı və ya bölümlüdür. Çiçək qrupu şarvari çətirdir, 5-20 çiçəklidir, çətirlər uzun, nazik ayaqcıqda, 2-6 sm uzunluqda, tək və ya 3-8 salxımlıdır. Bütün çiçək qrupu və yarpaqcıqların kənar hissəsi sıx, parlaq, sarı-qonur pulcuqlarla örtülüdür. Pulcuqlar çətinliklə seçilir. Meyvələri qara, 6-10 mm diametrindədir. [2]

Ekologiyası

Rütubətli, gilli torpaqlarda yaxşı bitir, kölgəsevəndir. Əsasən kölgəli meşələrdə yayılmışdır. Antropogen amillərin təsiri və iqlim amillərinə həssaslığı təhlükə yarada bilər.[3] Rütubətli, gilli torpaqlarda yaxşı bitir, kölgəsevəndir. Məhdudlaşdırıcı amillər sırasında meşələrin qırılması nəticəsində yaşayış mühitinin pisləşməsi ilk yerdə durur[4][3]. Xüsusi qorunan ərazilərdə mühafizəsinin təşkili təklif olunur. Qorunması üçün yeni yasaqlıqların yaradılması zəruridir.

Azərbaycanda yayılması

Azərbaycanın nadir, relikt bitkisidir. Təbii ehtiyatı Azərbaycanda çox geniş deyildir. Zaqatala, Şəki, Qax, Quba, Xaçmaz, Qusar, Astara rayоnları ərazilərində, Lənkəran ovalığında, Lənkəranın dağlıq hissəsində — ovalıqdan orta dağ qurşağına qədər yayılmışdır. Abşeronda mədəni şəraitdə becərilir[2][5][6][7][8]. Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir.

İstifadəsi

Yüksək dekorativli dırmaşan koldur, yaşıllaşdırmada istifadə olunur.[8]

İstinadlar

  1. Azərbaycan Respublikasının "Qırmızı kitab"ı
  2. 2,0 2,1 Флора Азербайджана, 1955
  3. 3,0 3,1 Kərimov V.N., Fərzəliyev V.S., 2013
  4. Azərbaycanın SSR-in Qırmızı kitabı, 1989
  5. Əsgərov A.M., 2006
  6. Safarov H.M., 2010
  7. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012
  8. 8,0 8,1 Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016

Məlumat mənbəsi

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Pastuxov daşsarmaşığı: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Pastuxov daşsarmaşığı (lat. Hedera pastuchovii) — araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ