Volqa çayında və Cənubi Qafqaz ın şərqinə, Şimali İran a və Şərqi Sibir ə qədər olan ərazilərdə, sahilyanı tuqay meşələrində.
Hündürlüyü 2m-ə çatan çoxillik bitkidir. Budaqları düz bucaq altında yerləşir və sallanır. Kladodiləri 1-5 ədəd, bəzən dəstədə 8 ədəd olub, öz aralarında qeyri-bərabər yerləşir, uzunluğu 1-5 sm, düz və ya bir az əyilmişdir. Gövdəsi əyilmiş, çox vaxt sarmaşan, çılpaq və çox budaqlıdır. Çiçək saplaqları 1-4 ədəd olub, uzunluğu 1.2 sm-dir. Çiçəkləri uzunsov-qıfşəkillidir, erkək çiçəklərinin uzunluğu təxminən 0,6 sm-dir. Toxumla çoxaldılır.
Əsasən qarışıq meşələrdə, kölgəli və rütubətli ərazilərdə bitir.Sərt şaxtalara dözmür. İstisevəndir.
Böyük Qafqaz da, Quba da, Şəki də, Murov da, Samur -Dəvəçi , Kür - Araz ovalıqlarında, Zəngilan da, Naxçıvan da, Gədəbəy də, Zaqatala da, Balakən də, Lənkəran da meşələrin aşağı yaruslarında rast gəlinir.
Bəzək bağçılığında istifadəsi məqsədyönlüdür.
Azərbaycan Dendroflorası II cild-Bakı:"SƏDA",2015,388 səh. T.S.Məmmədov