dcsimg
Life » » Archaeplastida » » Angiosperms » » Fabaceae »

Astragalus persicus (DC.) Fischer & C. A. Meyer

Fars gəvəni ( Azerbaijano )

fornecido por wikipedia AZ

Fars gəvəni (lat. Astragalus persicus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Təbii yayılması

İlk dəfə Azərbaycanın Zuvand dağlarında təsvir edilmişdir.

Botaniki təsviri

25 sm hündürlükdə, tikanlı, gümüşü, yumşaq tüklü, yarpağını tökən kolcuqdur. 5-6 cüt ellipsvari, 16 mm-ə qədər uzunluqda, ucu nazik, tikansız yarpaqcıqlıdır. İyulda çiçəkləyir. Çiçəkaltlığı enli və qısa, azca şişdir. Bəzək bitkisi kimi daşlı yamacların örtülməsində istifadə edilə bilər. Bir növ müxtəlifliyi məlumdur: Rapherrianus (Fisch.) Boiss.

Ekologiyası

Dağlıq sahələrdə, quru, daşlı yamaclarda bitir.

Azərbaycanda yayılması

Naxçıvan MR-da təbii halda yayılmışdır.

İstifadəsi

Yarpaqlarında efir yağı, gövdəsində qətran vardır.

Ədəbiyyat

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Fars gəvəni: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Fars gəvəni (lat. Astragalus persicus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ