dcsimg

Quzu plaunu ( Azerbaijano )

fornecido por wikipedia AZ
 src=
Huperzia selago

Quzu plaunu (Huperzia selago (L.) Bernh. ex Sachrank et C.Mart. )[1][2] - qurdayağı cinsinə aid bitki növü. [3]

Qısa morfoloji təsviri.

Çoxillik, haçavari budaqlanan, tutqun və açiq-yaşıl bitkidir. Gövdələri 25-30 sm hündürlükdədir. Yarpaqları spiralvari düzülmüşdür, 5-7 mm uzunluqdadır, ensiz-lansetvari, sivri, aralı və ya əyri yuxarı istiqamətlənəndir. Adi yarpaqların qoltuğunda olan sporangilər sarımtıl, böyrəkvari, eni 1,5 mm-dir. [4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri.

Sporların yetiışmə dövrü iyul-oktyabr aylarıdır. Orta, yuxarı dağ və alp qurşağında, şam meşəsində, böyük daşların üstündə, iri qaya çatırlarında, mamırların arasında rast gəlinir.[4] Dərman və dekorativ bitkidir. [4] [5]

Yayılması.

Kiçik Qafqazın şimal hissəsi (Göygöl Milli Parkı, Çınqıl dərəsinin şimal yamacı, şam meşəsi); Böyük Qafqazın qərb hissəsi (Zaqatala rayonu, Car kəndinin ətrafı, Zaqatala Dövlət Qoruğu, Xalagel dağı). [4] [6] [7]

Sayı və tendensiyası.

Tək-tək rast gəlinir, sayı çox azdır. [7]

Məhdudlaşdırıcı amillər.

Məskulaşdığı meşə sahələrinin azalması və digər antropogen amillər.

Mühafizə tədbirləri.

Məlum biotopların nəzarətə alınmalı, təbiətdə axtarışı davam etdirilməlidir.

Mənbə

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı - 2013.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  4. 4,0 4,1 4,2 4,3 Флора Азербайджана,1950.
  5. Машковский М.Д., 2008
  6. Əsgərov A.M., 2005.
  7. 7,0 7,1 Əsgərov A.M., Mehdiyeva N.P., Zeynalova S.Ə., 2013
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Quzu plaunu: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ
 src= Huperzia selago

Quzu plaunu (Huperzia selago (L.) Bernh. ex Sachrank et C.Mart. ) - qurdayağı cinsinə aid bitki növü.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ