dcsimg

Qızılqaz ( Azerbaijano )

fornecido por wikipedia AZ

Qızılqaz (lat. Phoenicopterus) - qızılqazlar fəsiləsinə aid quş cinsi.

Növləri

Nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılmışlar. Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayır. Ən stabil qışlama yerləri – Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, SarısuKür-Araz düzənliyinin digər iri gölləri. Eləcə də İranda UrmiyaMaharlı göllərində. Duzlu göllərdə və dəniz körfəzlərində məskunlaşması yüksək duzluluğu olan sularda balıqların yoxluğu şəraitində qızılqazların əsas qidası xərçəngkimilərinin geniş yayılmasıdır.

Dəniz körfəzlərinin açıq dayaz sahillərində, plankton və bentosla zəngin göllərdə yaşayır.

Çoxalması

Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır. 1955-ci ildə 13 cüt Salyan rayonunda Ağ-çala gölündə yuvalayıb. 1982-ci ildə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilmişdir.

Sayı

Azərbaycanda qışlayan qızıl qazların sayı XX əsr ərzində 10 dəfə düşmüşdür. Məsələn, Qızılağac körfəzində 1933-1934-cü illərdə qış mövsümündə 20 mindən artıq, 1956-cı ilin dekabrında – 5 min, 1957-ci ilin fevralında güclü şaxtalardan sonra – 400-ə kimi, 1976-1977-ci illərdə – 200, 1979-cu ilin yanvarında – 200, 1982-ci ildə – 150, 1993-cü ildə – 800, 1994-cü ildə – 2800 quş müşahidə olunmuşdur.

Sayının dəyişilməsinin əsas səbəbi, yəqin ki Xəzərin səviyyəsinin dəyişilməsi ilə bağlıdır. 1978-ci ildən başlayaraq Xəzərin səviyyəsinin qalxması ilə əlaqədar qızıl qazların toplanma yerləri vaxtaşırı olaraq dəyişilir, yeni yerlər əmələ gəlir, köhnələri isə su altında qaldığı üçün qışlamağa yararsız olur.

Bird template.svg Quş ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


Mənbə

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Qızılqaz: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Qızılqaz (lat. Phoenicopterus) - qızılqazlar fəsiləsinə aid quş cinsi.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ