dcsimg

Quşəppəyi ( Azerbaijano )

fornecido por wikipedia AZ

Quşəppəyi (lat. Capsella[1], krımtat. çoban çantası [2], türk. çobançantası, qaq. çoban çantası [3], qaz. жұмыршақ [4]) - kələmçiçəyikimilər fəsiləsinə aid bitki cinsi [5].

Botanik özəllikləri

Xaççiçəklilər fəsiləsindən olan ikillik ot bitkisi dünyanın mülayim qurşaqlarında yayılmışdır. Azərbaycanda bitkinin yalnız bir növü olan adi quşəppəyi (Capsella bursa pastoris) vardır. Bitkinin gövdəsindəki yerüstü yarpaqları oturaq, yuxarı gövdəsindəki yarpaqları isə saplaqlı olaraq rozet formalıdır. Quşəppəyinin xırda ağrəngli çiçəkləri salxımvaridir. Meyvələri buynuzcuqlu olub, üçbucaq şəkillidir. Quşəppəyi faydalı dərman bitkisidir. Tərəvəz bitkiləri becərilərkən bəzən mədəni bitkilərin toxumu ilə qarışıq bitmiş quşəppəyi bitkisini, alaq otu bilərək məhv edirlər.

Kimyəvi tərkibi

Bitkinin tərkibində efir yağı, aşı maddəsi, askorbin turşusu, alma və limon turşuları da vardır. Bundan başqa bitkinin tərkibində xolin, asetilxolin, tiramin və s. qiymətli maddələr də vardır. Quşəppəyi toxumlarının tərkibində 20%-dək bitki yağı olur. Buna görə də həmin bitki heyvanlar və insanlar tərəfindən həvəslə yeyilir.

İstifadəsi

Xalq təbabətində quşəppəyi bitkisinin (toxumla birlikdə) cövhərindən hazırlanmış məlhəmlə hamilə qadınlarda uşaqlıq yolu qanaxmasına qarşı (tampon qoymaqla) istifadə edirlər. Bitkinin cavan zoğlarından təzə və qurudulmuş halda milli xörəklərdə istifadə olunur.[6][7]

Təsnifatı

Azərbaycanın dərman bitkiləri

Digər növləri

İstinadlar


Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Quşəppəyi: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Quşəppəyi (lat. Capsella, krımtat. çoban çantası , türk. çobançantası, qaq. çoban çantası , qaz. жұмыршақ ) - kələmçiçəyikimilər fəsiləsinə aid bitki cinsi .

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ