dcsimg

Avstriya palıdı ( Azerbaijano )

fornecido por wikipedia AZ

Avstriya palıdı (lat. Quercus cerris) - fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.

Təbii yayılması:

Vətəni Qafqaz və Ukraynadır. Cənub-Şərqi Avropada təbii halda bitir.

Botaniki təsviri:

Hündürlüyü 25-40 m, gövdəsinin diametri 2 m, olan yarpağını tökən böyük ağacdır. Qabığı tünd-boz və dərin şırımlıdır. Qoca ağaclarda qabığı yarıqlı, gövdə daxilində borular narıncıdır. Yarpaqları yaşılımtıl-boz, növbəli, dərili, uzunsov, uzunluğu 7-14 sm, eni 3-5 sm, hər tərəfdən 6-12 üçkünc hissəlidir. Çiçəkləri küləklə tozlanan sırğalardır. Meyvəsi-uzunluğu 2,5-4 sm, eni 2 sm, kasacığın dərinliyi 2 sm, yumşaq, üzəri 4-8 mm tükcüklərlə örtülmüş böyük qozadır.

Ekologiyası:

İşığı və istiliyisevən bitkidir. Torpağın quraqlığına davam gətirir.

Azərbaycanda yayılması:

Böyük və Kiçik Qafqazın dağətəyi zonalarda rast gəlinir.

İstifadəsi:

Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Dekorativ bitkidir, qırmızı qabıqları, tünd yaşıl, sonradan qızılı olur, sarı yarpaqları payızda uzun müddət bitkinin üzərində qalır. Qozaları çox acıdır, ancaq quşlar və dələlər tərəfindən yeyilir.

Mənbə

http://dendrologiya.az/?page_id=112 Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
Bu şablona bax Palıd cinsinə aid növlər Q. griseaQ. oblongifoliaQ. acerifoliaQ. acutaQ. acutissimaQ. afaresQ. agrifoliaQ. albaQ. albocintaQ. alienaQ. alnifoliaQ. arizonicaQ. arkansanaQ. aucheriQ. austrinaQ. basaseachicensisQ. benthamiiQ. berberidifoliaQ. bicolorQ. boyntoniiQ. brandegeeiQ. brenesiiQ. brevilobaQ. buckleyiQ. bumelioidesQ. calliprinosQ. canariensisQ. castaneifoliaQ. cedrosensisQ. cerrioidesQ. cerrisQ. chapmaniiQ. chrysolepisQ. coahuilensisQ. cocciferaQ. coccineaQ. convallataQ. conzattiiQ. copeyensisQ. cornelius-mulleriQ. corrugataQ. costaricensisQ. cubanaQ. deliquescensQ. dentataQ. depressaQ. depressipesQ. deviaQ. diversifoliaQ. douglasiiQ. dumosaQ. durataQ. ellipsoidalisQ. emoryiQ. engelmanniiQ. excelsaQ. fagineaQ. falcataQ. flagelliferaQ. frainettoQ. fulvaQ. fusiformisQ. galeanensisQ. gambeliiQ. garryanaQ. georgianaQ. germanaQ. glaucaQ. glaucoidesQ. graciliformisQ. gravesiiQ. gulielmitreleaseiQ. havardiiQ. hemisphaericaQ. hintoniiQ. hintoniorumQ. humboldtiiQ. hypoxanthaQ. ibericaQ. ilexQ. ilicifoliaQ. imbricariaQ. invaginataQ. john-tuckeriQ. kelloggiiQ. laceyiQ. laevisQ. lamellosaQ. laurifoliaQ. libaniQ. liebmanniiQ. lobataQ. lusitanicaQ. lyrataQ. macdonaldiiQ. macdougalliiQ. macrantheraQ. macrocarpaQ. macrolepisQ. marilandicaQ. martineziiQ. michauxiiQ. miquihuanensisQ. mohrianaQ. mongolicaQ. muehlenbergiiQ. myrsinifoliaQ. nigraQ. oglethorpensisQ. oleoidesQ. pacificaQ. pagodaQ. palmeriQ. palustrisQ. peninsularisQ. perpallidaQ. petraeaQ. phellosQ. planipoculaQ. polymorphaQ. ponticaQ. praecoQ. praineanaQ. prinoidesQ. prinusQ. pubescensQ. pungensQ. purulhanaQ. rapurahuensisQ. roburQ. robustaQ. rubraQ. rugosaQ. rysophyllaQ. sadlerianaQ. sebiferaQ. shumardiiQ. skinneriQ. skutchiiQ. stellataQ. suberQ. subspathulataQ. tardifoliaQ. texanaQ. tomentellaQ. tonduziiQ. toumeyiQ. trojanaQ. turbinellaQ. undataQ. uxorisQ. vacciniifoliaQ. variabilisQ. velutinaQ. vincentensisQ. wislizeniQ. xalapensisQ. zempoaltepecanaQ. × alvordiana
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Avstriya palıdı: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Avstriya palıdı (lat. Quercus cerris) - fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ