dcsimg

Üzüm ( Azerbaijani )

provided by wikipedia AZ

Üzüm (lat. Vitis)[1]üzümkimilər fəsiləsinə aid bitki cinsi.[2]

Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir.

Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır.

Xalq təbabəti

Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır.

Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir.

Blauer Portugieser Weinsberg 20080921.jpg
Schoenburger Weinsberg 20080927.jpg
Gelber Muskateller Weinsberg 20060908.jpg

Üzümdən hazırlanan doşab qanazlığında, ümümi zəiflikdə çox faydalı qüvvətverici vasitədir. Üzüm qorasından hazırlanan "abqora" isə xəstəliyin ilk dövründə çox yaxşı təsir göstərir. O, susuzluğun qarşısını almaqla yanaşı, xəstənin tez sağalmasını tezləşdirir. Qurudulmuş üzüm gilələri isə qanazlığında çox xeyirlidir.

Növləri

Azərbaycanın dərman bitkiləri

Digər növləri

Meşə üzümü

  • Status. Arealı azalmaqda olan nadir növdür.
  • Yayılması. Quba rayonu (Alpan kəndi), Zaqatala rayonu (Muxax kəndi), Hadrut rayonu (Domu kəndi), Zəngilan (Ağbənd kəndi), Astara (Maşhan kəndi) rayonları. Azərbaycandan kənarda – Moldoviya, Krım, Ön Qafqaz, Dağıstan və Türkmənistan, Qərbi Avropa, Aralıq dənizi, Kiçik Asiya və İran.
  • Bitdiyi yer. Çay subasarları və düzən meşələri.
  • Ehtiyatı. Azdır.
  • Çoxalması. Toxumla və vegetativ yolla çoxalır.
  • Ehtiyatının dəyişilmə səbəbləri. Çaykənarı meşələrdən təsərrüfat üçün istifadə edilməsi.
  • Becərilməsi. Məlumat yoxdur.
  • Qəbul edilmiş qorunma tədbirləri. Xüsusi mühafizə tədbirləri hazırlanmamışdır.
  • Zəruri qorunma tədbirləri. Botanika bağlarında əkmək, mövcüd yasaqlıqlarda və qoruqlarda qiymətli bitki kimi qorumaq lazımdır.
  • Məlumat mənbələri. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

Dində

"Quran"da üzüm haqqında belə bir ifadə var:

"Sənin bir xurma bağçan və üzüm bağın olmalı; belə ki, içlərindən gürül-gürül çaylar axıtmalısan."[3]

İsra surəsi, 91

Üzüm tumunun faydaları

  • Ən güclü antioksidant hesab edilən üzüm tumu xərçəng xəstəliyinə müsbət təsir edir; xərçəngin müalicəsindəki mənfilikləri aradan qaldırır.
  • Damarları qoruyur, damar xəstəliyinin qarşısını alır, damar xəstəliklərini müalicə edir.
  • İnfarkt xəstəliyini azaldır.
  • Pis xolesterolu azaldıb, yaxşı xolesterolu yüksəldir.
  • Diabet xəstələrinə müsbət təsir edir.
  • Qan damarlarını gücləndirir.
  • Kapilyar damarları gücləndirərək yüksək təzyiqə yaxşı kömək edir.
  • Gözdəki damarları gücləndirib qan dövranını yaxşılaşdırır.
  • Gözün şəffaf təbəqəsini qoruyur.
  • Yaşla birlikdə artan görmə zəifliyinə mane olur.
  • Kataraktanın əmələ gəlməsinə mane olur.
  • Qan və limfa dövranını nizamlayır.
  • Dəri problemlərinə müsbət təsir edir, dərini gözəlləşdirir və dəri sallanmasına mane olur.
  • Allergiya problemlərinin qarısını alan özəlliyi vardır.
  • Diş əti qanamalarında müalicəvi özəlliyə sahibdir.
  • C vitamininin təsirini artırır.
  • Saç hüceyrələrini inkişaf etdirir.
  • Qan yaradır, qan azlığının qarşısını alır və qanı təmizləyir.
  • Böyrək və bağırsaqları təmizləyir.
  • Revmatizm xəstəliyinə müsbət təsir edir[4].

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Quranda adı çəkilən bitkilər (azərb.)
  4. Üzüm, üzümün tumunun faydası nədədir?

Xarici keçidlər

Vikianbarda Üzüm ilə əlaqəli mediafayllar var.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Üzüm: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi.

Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir.

Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ