dcsimg

Adi canavar ( Azerbaijani )

provided by wikipedia AZ

Adi canavar (lat. Canis lupus) — Yırtıcılar dəstəsindən məməli heyvan növü.

Bədənin uzuqluğu 100-140 santimetr, quyruğun 30-50 santimetr, hündürlüyü 80-100 santimetr. Çəkisi 30 - 80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır. Səhralardan tutmuş yüksək dağ ərazilərinədək məskan sala bilirlər.

Ümumi məlumat

Avropanın və Asiyanın çox isti olmayan bölgələrində boz canavarlar çoxluq təşkil edir. Şimala tərəf gedilərkən qara və ağ rəngli canavarlara rast gəlmək olar.

Canavarların ölçüləri də regional olaraq dəyişir:

  • Ən böyük canavarlar Latviya, Belorusiya, AlyaskaKanadada görsənir, 160 sm bədən uzunluğuna (+ 52 sm quyruq) və ayaqda olduğu halda, 80 sm boya çatır. Bu canavarlar 80 kg ağırlığına qədər çata bilər.
  • Ən kiçik canavarlar Yaxın Şərq də və ərəb yarımadasında olur, lakin 80 sm bədən uzunluğuna (+ 29 sm quyruq) və 20 kq ağırlığına çatırlar. Ömürləri 24 ildir.

Gecə vaxtı fəaldır, onun ərazisində yaşayan bütün heyvanlarla qidalanırlar. Qışda əsasən dırnaqlı heyvanlarla, yayda isə xırda onurğalılarla (dovşanlar, siçanlar), sürünənlərlə, həşəratlarla və meyvə gilələri onların qida rasionunu təşkil edir.

Ac canavar 10 kiloqram ət yeyə bilər, adi sutka norması isə 2-6 kilqram təşkil edir. Cütləşdirmə vaxtından başqa, canavarlar 6-10 fərddən ibarət olan sürülərlə yaşayırlar. Sürüdə ierxiyaya ciddi riayət edilir. Sürünün başçısı əksər halda erkək olur ("alfa" canavarı). Sürüdə onu dik duran quyruğundan tanımaq olar. Dişiklər arasında da "alfa- canavarı" vardır, o, adətən sürü başçısından qabaqda gedir. Təhlükə olanda və ya ov vaxtı, "alfa" canavarı sürüyə başçılıq edir.

İerarxiya pilləkənın aşağı pilləsində sürü üzvləri və tək canavarlar yerləşir. Ən aşağı pillədə isə böyümüş bala canavarlar qərarlaşırlar, onlar yalnız iki ildən sonra sürünün üzvü olacaqlar. Böyük canavarlar daima başçı canavarların gücünü yoxlayırlar. Nəticədə, böyümüş canavarlar ierarxiya pilləkanın yuxarı pillələrinə qalxır, qoca canavarlar isə aşağı pillələrdə özlərinə yer tuturlar. Bu cür inkişaf etmiş sosial strukturu ovun effektivliyini daha da artırır.

Canavarlar heç vaxt öz qurbanlarını güdmürlər, onu ancaq qovurlar. Heyvanı təqib edərkən , canavarlar kiçik qruplara bölünürlər. Tutulmuş heyvan sürüdə oynadığı rola əsasən sürü üzvləri arasında bölünür. Ovda iştirak edə bilməyən qoca canavarlar, sürünün arxası ilə gedirl və qalan yeməklə kifayətlənirlər.

Canavarlar - monoqamik heyvanlardır

Canavarlar - monoqamik heyvanlardır. Cütləşmə qışda olur. Canavarlar yuvalarını qayaların dar dərələrində, burulub çıxardılmış ağac köklərinin altında yuva qururlar. Hərdən başqa heyvanların yuvalarında məskən salırlar, çox nadir hallarda özləri yuva qazırlar.

Hamiləlik dövrü təxminən 65 gün çəkir. Aprel-may aylarında dişi canavar 4-8 bala gətirir. Altı aylıq canavarlar artıq özlərinə yem əldə edə bilirlər. Yedizdirmə və böyütmə prosesində bütün sürü iştirak edir. Canavarlar məməlli heyvanlardır. Ərazinin sərhədləri nişanlanır və qorunub saxlanılır.

Azərbaycan ərazisində canavarlar

Azərbaycanda canavarla itin arasında hibridləşdirmə faktları bəllidir. Canavar MSOP Qırmızı Kitabına daxil edilib.

Mənbə

Daky du lys d'Orient 5.jpg Heyvanlar ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Adi canavar: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Adi canavar (lat. Canis lupus) — Yırtıcılar dəstəsindən məməli heyvan növü.

Bədənin uzuqluğu 100-140 santimetr, quyruğun 30-50 santimetr, hündürlüyü 80-100 santimetr. Çəkisi 30 - 80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır. Səhralardan tutmuş yüksək dağ ərazilərinədək məskan sala bilirlər.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ