Qırmızı yosunlar (lat. Rhodophyta).
Qırmızı yosunlar - sarımtıl qırmızı, mavi-yaşıl-qırmızı rəngli çoxhüceyrəli (ən bəsit formaları - birhüceyrəli) yosunlar tipi. Bəzi qruplar hüceyrələrin divarlarında kalsium karbonat çökdürdüyündən çökmələrdə fossil halında qalır. Mezo-kaynozoyda qırmızı yosunlar süxurəmələgətirən orqanizmlər olub mərcan qrumlarının (biogermlər və riflər) formalaşmasında iştirak edir. Qırmızı yosunlar normal duzluluqlu isti dənizlərdə 3-160 m (optimal - 20-50 m) dərinlikdə yayılmışdır. Kembri-müasir. Hazırda 3800 növü vardır. Xəzərdə 25 növü məlumdur, onlardan laurensiya, polisifoniya, melobeziya və s. yosunlar geniş yayılmışdır.
Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.